Haqqında

6 ilə yaxındır ki, akademik rəsm və yağlı boya sahəsində tədris fəaliyyəti ilə məşğulam. Akademik rəsm prinsiplərini və klassik təsvir metodlarını əsas götürərək tələbələrə həm texniki biliklər, həm də yaradıcı düşüncə qazandırıram. Xüsusilə yağlı boya sənətinə böyük maraq göstərir və bu sahədə realist yanaşmanı tələbələrimə öyrədirəm. Məqsədim hər bir tələbənin bacarıqlarını inkişaf etdirməsinə, özünəməxsus üslubunu formalaşdırmasına və incəsənətdə inamla irəliləməsinə dəstək olmaqdır.

Təcrübə və nailiyyətlər

  • 6 ildən artıq tədris təcrübəsi

Peşəkar müəllimlər

Sahə üzrə ixtisaslı və təcrübəli rəssamlar

Fərdi yanaşma

Hər tələbənin inkişafına xüsusi diqqət

Praktik yönümlü

Ən çox praktika, ən az nəzəriyyə

İlhamverici mühit

Yaradıcı və dəstəkləyici tədris atmosferi