/ 04

A-dan Z-yə

1. Düzgün Duruş və Əl Sərbəstliyi Rəssamlıqda ilk vərdiş materialı doğru tutmaqdan başlayır. Qələm və ya fırça yalnız biləklə deyil, bütün qol (dirsək və çiyin) hərəkəti ilə idarə olunur. Molybert arxasında düzgün duruş təsvir olunan obyekti və kağızı bütöv görməyə imkan verir. 2. Xətt və Vizual Ölçmə (Vizirləmə) Xəttin xarakteri: Sərt, yumşaq, dinamik və ya ritmik xətlər təsvirin əhval-ruhiyyəsini müəyyən edir. Proporsiya (Nisbət): Obyektlərin eni, hündürlüyü və bir-birinə nəzərən ölçüləri qələm vasitəsilə gözəyarı ölçmə (vizirləmə) texnikası ilə müəyyənləşdirilir. 3. Həndəsi Formalara Ayırma (Konstruksiya) Ətrafımızdakı ən mürəkkəb obyektlər və hətta insan anatomiyası bile sadə həndəsi fiqurlardan (kub, kürə, silindr, konus) təşkil olunub. Rəssamlığa girişdə istənilən formanı öncə bu sadə fiqurlara bölərək kağıza köçürmək öyrənilir. 4. Perspektiv Qaydaları Fəza və dərinlik illüziyası yaratmaq üçün perspektiv təməl şərtdir: Xətti perspektiv: Obyektlər göz xəttindən uzaqlaşdıqca kiçilir və uzaqlaşma nöqtəsində (üfüq xəttində) birləşir. Hava (Tonal) perspektivi: Uzaqda olan obyektlərin konturları daha yumşaq, rəngləri və tonları isə daha solğun görünür. 5. İşıq-Kölgə və Həcm (Tonal Təhlil) Kağız üzərindəki 2D təsvirə 3D həcm görünüşü vermək üçün işığın obyekt üzərində paylanması öyrənilir: İşıq (Highlight): Obyektin ən parlaq hissəsi. Yarımton (Midtone): İşıqla kölgə arasındakı yumşaq keçid. Öz kölgəsi (Core shadow): Obyektin işıq düşməyən ən tünd hissəsi. Refleks: Ətraf mühitdən kölgəli hissəyə qayıdan zəif işıq əksi. Düşən kölgə (Cast shadow): Obyektin səthə saldığı kölgə.

Videoya baxmaq üçün daxil olun

Pulsuz hesab yarat və bütün dərs videolarına çıxış əldə et.

Rəsm çəkərək PUL qazamaq üçün 10 metod….

İlqar Qənimətov · Rəngkarlıq və Həvəskar

Tələbə Rəyləri

Bu dərsliyi izləyən tələbələrin fikirləri.

Hələ rəy yoxdur — ilk rəyi sən yaz!

Rəyini bildir

Digər dərsliklər