Masterclass

Təlim Əli Qiyazov və İlqar Qənimətov tərəfindən aparılıb

Əli Qiyazov, İlqar Qənimətov 15 noyabr 2025
Təlim Əli Qiyazov və İlqar Qənimətov tərəfindən aparılıb

Təlimçilər iştirakçılara portret çəkməyin incəliklərini öyrədib və gənclər də öyrəndiklərini praktikada sınayıblar. Gənclər həm texniki bacarıqlarını, həm də yaradıcılıq düşüncələrini inkişaf etdirərək rəssamlıqla daha dərindən tanış olublar.

ADU Tələbə Gənclər Təşkilatının nəzdində CreArt (Mədəniyyət) klubunun təşkilatçılığı ilə Realism Academy-də “Hisslərin palitrası” adlı maraqlı master-class keçirilib.

Təlim Əli Qiyazov və İlqar Qənimətov tərəfindən aparılıb.

Master-class zamanı gənclər yaradıcılıq potensiallarını kəşf edib, rəssamlıq sahəsində yeni bilik və bacarıqlar əldə ediblər.

Təlimçilər iştirakçılara portret çəkməyin incəliklərini öyrədib və gənclər də öyrəndiklərini praktikada sınayıblar. Gənclər həm texniki bacarıqlarını, həm də yaradıcılıq düşüncələrini inkişaf etdirərək rəssamlıqla daha dərindən tanış olublar.

Master-classdan yadda qalan anları sizlərə təqdim edirik!